Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək
Far.Az xəbər saytı

Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək


Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək.

"Far.Az" xəbər verir ki, U-14 və U-17 yaş kateqoriyalarını əhatə edəcək imtahanda müvafiq olaraq U-14 Liqa yarışının II turu və U-17 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə biləcəklər.

İştirak könüllü xarakter daşıyır. Bununla yanaşı, imtahan nəticələrinin ümumi bala təsir etməsi üçün idmançıların yarışda və ya rəsmi çəki prosesində iştirak etməsi vacibdir. Çəki limitini 5 faizdən artıq aşan idmançıların imtahan nəticələri nəzərə alınmayacaq.

Qiymətləndirmə sisteminə əsasən, yarışda qazanılan xalların 70 faizi, imtahanda əldə olunan nəticələrin isə 30 faizi yekun bala əlavə ediləcək. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığının, həm də yarış performansının paralel şəkildə inkişafına xidmət edir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər