İsrailin maliyyə naziri ölkənin sərhədlərinin genişləndirilməsinin tərəfdarıdır
İsrailin maliyyə naziri, "Dini sionizm" Partiyasının lideri Besalel Smotriç Qəzza zolağını, Livanın cənubunu və Suriyanın sərhəd ərazilərini ilhaq etməklə ölkənin sərhədlərinin genişləndirilməsinin vacibliyini bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Qeyd olunur ku, B.Smotriç bu açıqlamanı Fələstin ərazilərində yeni yəhudi məskunlaşması olan Maoz-Tzurun təməlqoyma mərasimində verib. Qərb sahilində məskunlaşma fəaliyyətinə nəzarət edən siyasətçi İsrailin hazırkı hərbi kampaniyalarının siyasi qərarlarla dəstəklənməli olduğunu vurğulayıb.
"Qəzzada sərhədlərimizi genişləndirəcək siyasi addım, Livanda sərhədlərimizi müdafiə edilə bilən nöqtələrdə Litani çayına qədər genişləndirəcək qətiyyətli siyasi addım və Suriyada ən azı Hermon dağının zirvəsi və bufer zonası ətrafındakı əraziləri əhatə edən qətiyyətli siyasi addım olacaq", - o bildirib.
B.Smotriçin sözlərinə görə, bu cür tədbirlər Yaxın Şərqin reallıqlarına uyğundur və İsrailin təhlükəsizliyini təmin etmək üçün zəruridir.
"Bölgəmizdə məhz buna hörmət olunur və təhlükəsizliyimizi təmin etmək üçün bu, vacibdir", - nazir əlavə edib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Azərbaycan və Gürcüstan Birgə Kommünike imzalayıb
-
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur













