"TotalEnergies" Səudiyyə Ərəbistanında neft zavodunun fəaliyyətini dayandırıb
Fransanın "TotalEnergies" şirkəti müəssisənin texnoloji xətlərindən birinin zədələnməsindən sonra Səudiyyə Ərəbistanında "Saudi Aramco" ilə müştərək "SATORP" neft emalı zavodunun (NEZ) fəaliyyətini dayandırıb.
Bu barədə "Far.Az" şirkətin məlumatına istinadən xəbər verir.
"Aprelin 7-dən 8-nə keçən gecə "SATORP"-da insidentlər baş verib, bunun nəticəsində NEZ-in iki texnoloji xəttindən biri zədələnib. Tələfat barədə məlumat verilmir. Ehtiyat tədbiri olaraq qurğular dayandırılıb", - məlumatda bildirilib.
Şirkət qeyd edir ki, hazırda insidentlərin NEZ-in fəaliyyəti üçün nəticələrinin qiymətləndirilməsi aparılır
"Satorp" - dünyanın ən böyük NEZ-lərindən biridir, Səudiyyə Ərəbistanının Əl-Cübail şəhərində yerləşir. Zavod "Saudi Aramco" (62,5%) və "TotalEnergies" (37,5%) şirkətlərinin müştərək mülkiyyətindədir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Azərbaycan və Gürcüstan Birgə Kommünike imzalayıb
-
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur













