Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi
Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, forum çərçivəsində gənc startapçılar layihələrini təqdim edərək biznes planlarını, ideyanın üstünlüklərini, hədəf auditoriyasını, bazar araşdırmasını, maliyyə göstəricilərini və ilkin kapital ehtiyaclarını münsiflər heyətinə təqdim ediblər.
Təqdimatlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və seçilən komandaların layihələrinin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılıb.
Belə ki, forumda 20 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkar və investorlarına təqdim ediblər.
Onlardan 11 komanda SIFE, 9 komanda isə SAGE kateqoriyası üzrə çıxış edib.
Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startapları, SAGE isə qlobal ətraf mühitin inkişafına yönələn layihələri əhatə edir.
Yekunda SIFE kateqoriyası üzrə "DuoWipe" layihəsinə 1 330 manat, "6 scents"ə 1 450 manat, "Volex"ə 1 260 manat, "Le Pass"a 2 200 manat, "Ash&Aura"yə 1 530 manat, "Nakhishli"yə 1 825 manat qrant ayrılıb.
Forumun münsifləri "Choco Bricks" layihəsinə 1 720 manat, "Gadget Bag"ə 990 manat, "Melt Belt"ə 1 130 manat, "The Cube" 1 100 manat və "SmellWell"ə 1 150 manat qrant ayrılması ilə bağlı qərar verib.
SAGE kateqoriyası üzrə isə "Land of Legacy by Karabakh" layihəsinə 3 230 manat, "Risetia"ya 1 615 manat, "Jorably"yə 2 730 manat, "İrs Bows"a 2 685 manat, "Silque"yə 2 230 manat, "Sea-tea Library"yə 2 045 manat, "Wipey"yə 1 045 manat, "Noosh"a 1 575 manat və "Yurdsip"ə 1 060 manat qrant ayrılıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Gələcəyin sahibkarlarına dəstək: "Miniboss Biznes Məktəbi"nin 5-ci Startap Forumu baş tutdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub
-
Azərbaycanda qeyri-bank təşkilatları "Açıq bankçılığ"a qoşula biləcəklər













