Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Şimali Koreya aprelin 12-də Koreya Xalq Ordusu Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Choe Hyon" esminesinin döyüş potensialını qiymətləndirmək məqsədilə strateji qanadlı və gəmi əleyhinə raketlərin planlı sınaq buraxılışlarını həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Şimali Koreya lideri Kim Çen İn hərbi sənaye kompleksi rəhbərlərinin və HDQ komandanlığının müşayiəti ilə buraxılışların keçirilməsində şəxsən iştirak edib.
"Sınağın məqsədi gəmi silahları komandanlığının inteqrasiya edilmiş sisteminin buraxılışı idarəetmə proqram təminatının yoxlanılması, heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi, eləcə də təkmilləşdirilmiş aktiv maneə əleyhinə naviqasiya sisteminin dəqiqlik xarakteristikalarının təsdiqlənməsi idi", – deyə KMTA bildirib.
Sınaqlar çərçivəsində iki strateji qanadlı və üç gəmi əleyhinə raketin buraxılışı həyata keçirilib. Bütün sursatlar təyin olunmuş hədəfləri müvəffəqiyyətlə vurub, bu zaman uçuş müddəti müvafiq olaraq 7 689-dan 7 920 saniyəyə və 1 960-dan 1 973 saniyəyə qədər təşkil edib.
Sınaqlar başa çatdıqdan sonra Kim Çen İn vurğulayıb ki, nüvə müharibəsinin qarşısını almaq üçün etibarlı potensialın artırılması KXDR-in dəyişməz siyasətidir. O həmçinin strateji və taktiki zərbələr endirmək qabiliyyətinin daha da təkmilləşdirilməsi, eləcə də operativ reaksiyaya hazırlığın yüksəldilməsi üzrə əsas istiqamətləri müəyyənləşdirib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək
-
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur













