Qrossi: Nüvə proqramına nəzarət mexanizmi olmadan İranla sülh sazişi illüziyadır
Beynəlxalq Atom Enerjisi Agentliyinin (ABEA) rəhbəri Rafael Qrossi bəyan edib ki, ABŞ və İran arasında mümkün sazişə Tehranın nüvə proqramının yoxlanılması üzrə ətraflı tədbirlər daxil edilməlidir.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Qrossi bu barədə jurnalistlərə bildirib.
"İranın çox genişmiqyaslı və iddialı nüvə proqramı var, ona görə də ABEA müfəttişlərinin iştirakı tələb olunacaq. Əks halda münaqişə tərəflərində saziş olmayacaq, bu, yalnız saziş illüziyası olacaq", - Qrossi bildirib.
O əlavə edib ki, nüvə texnologiyaları sahəsində istənilən razılaşmalar "çox ətraflı yoxlama mexanizmlərini tələb edir".
AP qeyd edir ki, fevralda üzv ölkələr arasında yayılmış ABEA-nın məxfi hesabatına əsasən, İran 2025-ci ilin iyununda 12 günlük münaqişə zamanı İsrail və ABŞ tərəfindən zərbələrə məruz qalmış nüvə obyektlərinə agentliyin girişini təmin etməyib.
Oxşar xəbərlər
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək
-
Azərbaycan və Gürcüstan Birgə Kommünike imzalayıb













