Üç ayda narkotiklə bağlı 1044 nəfər tutulub, 13-ü əcnəbidir
Bu ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 44 fakt aşkar edilib.
Far.Az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kq 474,815 qr narkotik vasitə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 54-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 625 kq 285,9 qr narkotik vasitə və psixotrop maddə və 1,2 qr güclü təsir edən maddə müsadirə edilib. 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 454 kq 500,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilib.
Eyni zamanda, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1044 nəfər cəlb edilib, onlardan 13 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 13 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 789,853 qr və 17 ədəd müxtəlif növ narkotik vasitələr götürülüb.
Oxşar xəbərlər
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat çərçivəsində 1765 cinayət faktı aşkarlanıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb













