Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi
Təşəbbüs gənc qadınların sahibkarlıq və startap bacarıqlarının inkişafına yönəlib
Azercell-in "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı 2025" sosial layihə müsabiqəsinin qalibləri təşəbbüslərinin icrasını davam etdirirlər. Bu təşəbbüslərdən biri olan "StartHer" layihəsi ilkin seçim mərhələsini uğurla tamamlayaraq icra mərhələsinə keçib. Layihə Quba rayonunda yaşayan gənc qadınların sahibkarlıq və startap sahəsində bilik və bacarıqlarının inkişafını hədəfləyir.
Proqram çərçivəsində 20 gənc qadın üçün startapların qurulması, sahibkarlığın əsasları, maliyyə savadlılığı, komanda işi və effektiv təqdimat bacarıqları kimi aktual mövzuları əhatə edən 8 təlim sessiyası təşkil olunacaq. Layihə müddətində iştirakçılar əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq edərək komandalar şəklində ideyalarını inkişaf etdirəcəklər. Təşəbbüs may ayında keçiriləcək hakatonla yekunlaşacaq və iştirakçılar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.
Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Azercell-in artıq üç ildir həyata keçirdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləməklə ölkənin dayanıqlı inkişafına töhfə verməkdir. Müsabiqənin 2026-cı il üzrə çağırışı avqust ayında elan olunacaq.
Qalereya
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək
-
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur













