İtaliya Sudana 30 milyon avroluq humanitar yardım ayıracaq
İtaliya vətəndaş müharibəsi fonunda ağır böhran yaşayan Sudana dəstək məqsədilə 30 milyon avro məbləğində əlavə humanitar yardım paketinin ayrıldığını elan edib.
"Far.Az" xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani Berlində Sudan üzrə üçüncü humanitar konfransdakı iştirakının yekunlarına dair "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, vəsaitlər səhiyyə, təhsil və kənd təsərrüfatı sahələrindəki layihələrə yönəldiləcək.
Tayani Sudanda münaqişənin tezliklə dayandırılması, sülh və sabitliyin bərpası üçün beynəlxalq dialoqun zəruriliyini vurğulayıb.
O, həmçinin barışıq və danışıqlar prosesini dəstəkləmək məqsədilə İtaliyanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə ölkədə siyasi-humanitar görüş təşkil etmək planları barədə də məlumat verib.
Qeyd edək ki, Sudanda artıq üç ildir vətəndaş müharibəsi gedir. Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında toqquşmalar 2023-cü il oktyabrın 15-dən davam edir. Hərbi münaqişə 40 mindən çox yerli sakinin həyatına son qoyub, 14 milyona yaxın insanı öz evlərini tərk etməyə məcbur edib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













