Kuyundziç ANAMA əməkdaşının minaya düşərək həlak olması ilə əlaqədar başsağlığı verib
Far.Az xəbər saytı

Kuyundziç ANAMA əməkdaşının minaya düşərək həlak olması ilə əlaqədar başsağlığı verib


Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Muğan Mətilinin mina hadisəsi nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində paylaşım edib.

"Xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olan Muğan Mətilinin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Mən ruhən ANAMA əməkdaşları və Azərbaycan ərazilərinin minalardan təmizlənməsində iştirak edən hər kəsləyəm", - o yazıb.

Kuyunciç vurğulayıb ki, Aİ əhalinin təhlükəsizliyinin təmin edilməsi səylərini dəstəkləməyə sadiq qalır.

Xatırladaq ki, aprelin 14-də ANAMA əməkdaşı Mətili Muğan Rəfail oğlu (1995-ci il təvəllüdlü) xidməti vəzifələrini yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL
İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin etimadnaməsini qəbul edib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər