Sahibə Qafarova: Milli Məclisi TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
Far.Az xəbər saytı

Sahibə Qafarova: Milli Məclisi TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək


Azərbaycan Milli Məclisi TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü zamanı deyib.

Onun sözlərinə görə, qardaş ölkələr arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla və dinamik şəkildə inkişaf edir.

"Qardaş ölkələri əhatə edən coğrafiyada cərəyan edən geosiyasi gərginliklərə və təhdidlərə baxmayaraq, qarşılıqlı dəstək və etibarlı tərəfdaşlıq üzərində qurulmuş münasibətlərimiz, ölkələrimizin birliyi və həmrəyliyi daha da güclənməkdədir", - o qeyd edib.

Bildirilib ki, Azərbaycan daim türk dünyasının daha sıx inteqrasiyası, onun siyasi və iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi naminə ardıcıl fəaliyyət həyata keçirir.

Oxşar xəbərlər

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər