Dövlət satınalmalarının vahid internet portalının funksionallığı artırılıb
Dövlət satınalmaları sahəsində hesabatlılığın artırılması, proseslərin sadələşdirilməsi və rəqəmsallaşdırmanın genişləndirilməsi məqsədilə "Etender.gov.az" portalında bir sıra mühüm yeniliklər tətbiq edilib.
"Far.Az" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, əsas yeniliklərdən biri elektron müqavilə şərtlərinin formalaşdırılması ilə bağlıdır. Belə ki, artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa sistem üzərindən formalaşdırılır. Bu, hüquqi və texniki şərtlərin daha dəqiq müəyyən edilməsinə imkan yaradır.
Müqavilələrin elektron imzalanmasının təşkili məqsədilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) ilə Maliyyə Nazirliyinin Rəqəmsal dövlət maliyyəsi sisteminin "e-müqavilə" altsistemi (https://rdmis.gov.az/) arasında inteqrasiya həyata keçirilib. İnteqrasiyaya əsasən, yekunlaşmış satınalmalar üzrə müqavilə, təklif barədə məlumatlar nazirliyin sisteminə ötürülür və müqavilələrin imzalanması "e-müqavilə" altsistemi üzərindən həyata keçirilir. Bununla da müqavilələrin icrasına nəzarət mexanizmi optimallaşdırılır. Müqavilə barədə məlumatlar isə müqavilə imzalandıqdan sonra Dövlət satınalmalarının vahid internet portalına ötürülür.
Təchizatçı tərəfindən aksept məlumatları, bank hesabı, imza səlahiyyətli şəxs və bildiriş ünvanları "etender.gov.az" vasitəsilə əldə edilir və saxlanılır. Müqavilənin imzalanma mərhələsində bu məlumatlar avtomatik olaraq "e-müqavilə" altsisteminə ötürülür.
Portalda aparılmış təkmilləşdirmələrə əsasən, satınalan təşkilatlar satınalma predmetlərinin adını, miqdarını və ölçü vahidini ayrıca müəyyən edir, təchizatçılar isə müvafiq olaraq mənşə ölkəsi, marka, model və digər zəruri məlumatları daxil edirlər. Bu məlumatlar sonradan müqavilənin ayrılmaz hissəsinə çevrilir və dəyişdirilə bilmir.
Bununla yanaşı, şərtlər toplusu təsdiqləndikdən sonra müqavilənin ümumi şərtləri sistem tərəfindən avtomatik formalaşdırılır və satınalmanın tərkib hissəsi kimi təqdim olunur. Aksept prosesi ilə bağlı tətbiq edilmiş yenilik isə müvafiq bildirişlərin sistem tərəfindən avtomatik generasiya edilərək qalib təchizatçıya göndərilməsini təmin edir.
Portalda tətbiq edilən növbəti funksionallıq nəzarət orqanı tərəfindən məlumat və tövsiyə xarakterli rəsmi bildirişlərin göndərilməsi ilə bağlıdır. Bu mexanizm vasitəsilə satınalma prosesinin bütün iştirakçılarına bildirişlər (aid olduğu satınalma konkret göstərilməklə) mərkəzləşdirilmiş qaydada və operativ şəkildə çatdırılır. Eyni zamanda, istifadəçilərin bu bildirişlərlə tanış olmadan sistemdə fəaliyyətini davam etdirməsi məhdudlaşdırılır ki, bu da vacib məlumatların diqqətdən kənarda qalmasının qarşısını alır və prosesdə intizamı gücləndirir.
Ümumilikdə isə tətbiq edilən bütün yeniliklər dövlət satınalmalarında hesabatlılığın artırılmasına, rəqabət mühitinin gücləndirilməsinə və proseslərin daha səmərəli təşkilinə mühüm töhfə verir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı
-
Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb













