FIFA Dünya Kuboku 2026 ərəfəsində turist axını gözləniləndən azdır
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 Dünya Kuboku öncəsi turist marağı zəifləyib, otellər qiymət endirimlərinə başlayıb.
BAKU.WS xəbər verir ki, turizm sektorunun nümayəndələri yüksək bilet qiymətləri, inflyasiya narahatlıqları və ABŞ-la bağlı artan narazılığın azarkeşlərin turnuvadan uzaqlaşmasına səbəb olduğunu bildirir.
"Lighthouse Intelligence" məlumatlarına görə, Atlanta, Dallas, Mayami, Filadelfiya və San-Fransisko kimi ev sahibi şəhərlərdə oyun günləri üçün otel qiymətləri ilin əvvəlindəki pik səviyyə ilə müqayisədə təxminən üçdə bir azalıb.
Buna baxmayaraq, gözlənilən turist axını qeydə alınmayıb. Gianni Infantino daha əvvəl yüz minlərlə azarkeşin gələcəyini proqnozlaşdırsa da, real göstəricilər bu gözləntiləri doğrultmur.
Mütəxəssislər bildirir ki, yüksək xərclər əsas maneələrdəndir. Hesablamalara görə, bir azarkeşin komandasını finala qədər izləməsi minimum 6 900 dollara başa gəlir. Bu isə əvvəlki turnirlərlə müqayisədə xeyli yüksəkdir.
Eyni zamanda, enerji qiymətlərinin artması və qlobal qeyri-sabitlik aviabilet qiymətlərini yüksəldərək səyahət planlarına mənfi təsir göstərir.
Analitiklər qeyd edir ki, bəzi azarkeşlər daha sərfəli şərtlər gözləyərək 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək turnirə üstünlük verə bilər.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













