Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
Far.Az xəbər saytı

Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır


Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçilik azadlığını qorumaq üçün ciddi şəkildə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdırlar.

"Far.Az" "Sky News"a istinadən xəbər verir ki, o, bunu 49 ölkə nümayəndəsinin iştirak etdiyi Paris sammitinin yekununda bildirib.

Onun sözlərinə görə, əməliyyat şərait yaranan kimi həyata keçiriləcək və Hörmüz boğazı bölgəsində minaların təmizlənməsinə və gəmiçiliyin mühafizəsinə yönələcək.

Starmer qeyd edib ki, təşəbbüs dünyanın əsas dəniz marşrutlarından biri vasitəsilə sabitliyin və sərbəst hərəkətin bərpasına yönəlib. O, həmçinin bütün dünya bu problemin həllini görməlidir deyə vurğulayaraq, Prezident Emmanuel Makronun mövqeyini dəstəkləyib.

Baş nazir əlavə edib ki, boğazın tam fəaliyyətinin bərpası"uzunmüddətli və həyata keçirilə bilən təklif üzərində qurulmalıdır.

"Boğazın açılması qlobal zərurət və qlobal məsuliyyətdir. Biz bütün dünyada enerji daşıyıcılarının və malların fasiləsiz hərəkətini bərpa etmək, qiymətləri aşağı salmaq və sülh ilə sabitliyin qayıdışını təmin etmək üçün hərəkətə keçməliyik", - Starmer vurğulayıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər