FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək
Far.Az xəbər saytı

FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək


Aprelin 23-də Gəncədə birinci Beynəlxalq GreenEco forumu keçiriləcək.

Far.Az Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) istinadən xəbər verir ki, aktual ekoloji çağırışların müzakirəsinə həsr olunacaq tədbir dünyanın aparıcı mütəxəssislərini bir araya gətirəcək.

"Forumun əsas fəaliyyət istiqamətləri aqrar-sənaye kompleksində süni intellekt texnologiyalarının tətbiqini və kənd təsərrüfatının dayanıqlı inkişaf modellərinin təşviqini nəzərdə tutur.

Forumun panel sessiyalarının əsas mövzuları süni intellektin inkişafı şəraitində "yaşıl iqtisadiyyat" məsələlərini, həmçinin aqrar sahədə "yaşıl iqtisadiyyat"ın perspektivlərini əhatə edir.

Beynəlxalq platforma BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq çərçivəsində və müxtəlif dövlətlərdən 15-dən çox nüfuzlu ali təhsil müəssisəsinin iştirakı ilə yaradılıb.

Təşkilatçıların sözlərinə görə, tədbir qabaqcıl dünya təcrübələrinin milli aqrar sektora inteqrasiyasına töhfə verəcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər