Şalva Qoqoladze: "Azərbaycan cüdo üzrə dünya çempionatını yüksək səviyyədə təşkil edəcək"
Far.Az xəbər saytı

Şalva Qoqoladze: "Azərbaycan cüdo üzrə dünya çempionatını yüksək səviyyədə təşkil edəcək"


Azərbaycan cüdo üzrə dünya çempionatını yüksək səviyyədə təşkil edəcək.

"Far.Az"un Gürcüstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu adıçəkilən ölkənin idman naziri Şalva Qoqoladze jurnalistlərə açıqlamasında deyib.

O, Tibilisidə keçirilən cüdo üzrə Avropa çempionatı zamanı Azərbaycanla olan dostluq əlaqlərindən danışıb:

"Bizim Azərbaycanla çox dostcasına münasibətlərimiz var. Mən Azərbaycana bir neçə rəsmi səfər etmişəm, orada həmkarım olan nazirlə görüşmüşəm. Bizim çox yaxşı və dost münasibətlərimiz var və bu münasibətlər müxtəlif istiqamətlər üzrə davam edəcək. Bu, həm idman tədbirləri, həm də Azərbaycanda keçirilən yarışlar vasitəsilə olacaq".

Nazir Azərbaycanda təşkil olunan bütün yarışlara qatıldıqlarını söyləyib:

"Gürcüstan olaraq biz Azərbaycanla bağlı bütün yarışlarda iştirak edirik və azərbaycanlılar da Gürcüstanda keçirilən tədbirlərə qatılırlar. Əminəm ki, Azərbaycan builki cüdo üzrə dünya çempionatını da əvvəlkilər kimi çox yüksək səviyyədə təşkil edəcək".

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər