Makron Zelenskiyə dəstəyin davam etdiriləcəyini söz verib
Far.Az xəbər saytı

Makron Zelenskiyə dəstəyin davam etdiriləcəyini söz verib


Parisdə Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

“Far.Az” xarici mətbuata istinadən xəbər verir ki, Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatları məlum olub.

Belə ki, görüş zamanı ölkə liderləri döyüş meydanındakı vəziyyəti və Ukraynanın mövqeyini gücləndirə və Avropanı qoruya biləcək məsələləri müzakirə ediblər. Silahların birgə istehsalı məsələsi də ayrıca müzakirə olunub:

“Biz bu cür əməkdaşlığı genişləndirməliyik. Biz razılaşdıq ki, bununla bağlı iş müdafiə nazirləri səviyyəsində aparılsın”, - deyə Zelenski bildirib.

Makron mətbuata müraciətində isə vurğulayıb ki, Fransa ukraynalı əsgərlərin silahlanması və təlimi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirəcək. Bundan əlavə, planlara birgə diplomatik işlər də daxildir. Makron xatırladıb ki, Avropa İttifaqının qarşıdan gələn sammitində Ukraynaya maliyyə yardımının ayrılması məsələsi müzakirə olunacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər