İran millisinin ABŞ-də keçiriləcək DÇ-2026 oyunlarına hazır olduğu açıqlanıb
İran hökumətinin rəsmi nümayəndəsi Fatemeh Mohajerani bildirib ki, ölkənin futbol üzrə milli komandası FIFA Dünya Çempionatı 2026 çərçivəsində ABŞ-də keçiriləcək oyunlara qatılmağa hazırdır.
Far.Az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi komandanın turnirdə uğurlu çıxışı üçün bütün zəruri tədbirləri görüb və hazırlıq prosesi tam təmin edilib.
Qeyd edək ki, bundan əvvəl İranın idman naziri Ahmad Donyamali mövcud şəraitdə millinin turnirdə iştirakının çətin olduğunu bildirmişdi. Daha sonra isə İran tərəfi FIFA ilə danışıqlara başlayaraq oyunların ABŞ-dən başqa ölkəyə keçirilməsi məsələsini müzakirə edib.
ABŞ prezidenti Donald Trump isə İranın bu turnirdə iştirakını məqsədəuyğun hesab etmədiyini açıqlayıb. Bundan əlavə, mart ayının sonunda İran hakimiyyəti milli idman komandalarının "dost olmayan ölkələrə" səfərinə məhdudiyyət qoyub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Cennifer Lopezin dizayneri boşanır













