Bugün
Ukrayna Prezident Ofisi Moskvaya PUA hücumuna münasibət bildirib Ukrayna Prezident Ofisi Moskvaya PUA hücumuna münasibət bildirib
Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər” Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”
KİV: "Paşinyanın partiyasından olan deputatlar vətəndaşları Azərbaycanla sülh müqaviləsi barədə məlumatlandırırlar" KİV: "Paşinyanın partiyasından olan deputatlar vətəndaşları Azərbaycanla sülh müqaviləsi barədə məlumatlandırırlar"
Ermənistan Türkiyə ilə sərhəddə yeni körpü tikəcək Ermənistan Türkiyə ilə sərhəddə yeni körpü tikəcək
"Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq "Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq
Pərviz Şahbazov: “Britaniya Azərbaycana 34 milyard ABŞ dolları sərmayə yatırıb” Pərviz Şahbazov: “Britaniya Azərbaycana 34 milyard ABŞ dolları sərmayə yatırıb”
Dövlət Xidməti 4 ayda 3 500-ə yaxın müraciət qəbul edib Dövlət Xidməti 4 ayda 3 500-ə yaxın müraciət qəbul edib
Türkiyədə hakim partiyanın binasına hücum olub Türkiyədə hakim partiyanın binasına hücum olub
Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub” - YENİLƏNİB-2 Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub” - YENİLƏNİB-2
Saatlıdakı vergi ödəyicilərinə xidmət mərkəzi bir müddət fəaliyyət göstərməyəcək Saatlıdakı vergi ödəyicilərinə xidmət mərkəzi bir müddət fəaliyyət göstərməyəcək

7-05-2023, 10:57 342

“Bakı Marafonu 2023” start götürüb “Bakı Marafonu 2023” start götürüb Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” start götürüb. “Report”un məlumatına görə, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Ma

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” start götürüb. 

“Report”un məlumatına görə, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir.

Budəfəki marafona 19.500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər də iştirak edir.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar da var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.

Marafon başlayanadək start nöqtəsi ərazisindəki fan zonada müxtəlif əyləncələr, şoular, tanınmış müğənnilərin konserti olacaq. Yarışda eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər də iştirak edir. Elə marafonda birinci start da Qarabağ qaziləri, fiziki imkanları məhdud şəxslər üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.

“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunur, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edir.

“Bakı Marafonu 2023” ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, 5 yaş kateqoriyasında (30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş) finiş xəttini keçən qadın və kişi iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı”, qadın və kişi kateqoriyaları üzrə finiş xəttini keçən fiziki imkanları məhdud olan ilk 3 iştirakçı nominasiyalarında da mükafatlar veriləcək. Marafonun sponsorları və tərəfdaşları tərəfindən müxtəlif nominasiyalarda mükafatlar da təqdim olunacaq. 

Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin dəstəyi ilə isə “Bakı Marafonu 2023” qalibləri adından işğaldan azad olunmuş ərazilərdə 1500 ağac əkilməklə “Marafon bağı”nın salınması nəzərdə tutulur. Qarabağ Dirçəliş Fondu qalib tələbələrimiz üçün “Marafon bağı”na və mədəniyyət paytaxtımız Şuşaya 1 günlük səfər proqramı hazırlayıb. Eləcə də qadın və kişi kateqoriyası üzrə finişə ilk çatan yaşlı, həmçinin korporativ iştirakçıların da Şuşaya 1 günlük səfərini təşkil edəcək.

Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları ilə təltif ediləcək.

İştirakçılar, şəhər sakinləri və qonaqlar marafonun davam etdiyi müddətdə Dövlət Bayrağı Meydanında yaradılan əyləncə zonasında müxtəlif əyləncə proqramlarında, yarışlarda, interaktiv oyunlarda iştirak edib, konsert proqramlarını da izləyə biliblər.


Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb
Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Region

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”
İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

Region

İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib
Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Region

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər
Putin Ərdoğanı təbrik edib

Region

Putin Ərdoğanı təbrik edib

Putin Ərdoğanı təbrik edib
Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb
Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

Region

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb
Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Region

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır