Qrossi və Zelenski "Zaporojye" AES-dəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar
Far.Az xəbər saytı

Qrossi və Zelenski "Zaporojye" AES-dəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Qrossi "X" sosial şəbəkə hesabında yazıb.

"Çernobıl fəlakətinin 40-cı ildönümündə prezident Zelenski ilə yan-yana olmaq mənim üçün şərəfdir. Biz "Zaporojye" Atom Elektrik Stansiyasındakı (AES) vəziyyət və Ukraynaya enerji infrastrukturunun, o cümlədən Xmelnitski AES-dəki yeni enerji bloklarının bərpasında və Çernobılda yeni təhlükəsiz örtüyün təmirində kömək göstərilməsi üzrə davam edən işlər barədə fikir mübadiləsi apardıq", - paylaşımda bildirilib.

Qrossinin sözlərinə görə, BAEA əvvəlki kimi Ukraynda nüvə təhlükəsizliyinin dəstəklənməsinə sadiqdir.

Zelenski bildirib ki, Qrossi ilə görüş Enerqodardakı AES-nin azad olunması məsələsinə həsr olunub.

"Rusiya Çernobıl AES-ə dronlarla, eləcə də "Zaporojye" AES-nin enerji bloklarına, inzibati binalarına və digər obyektlərinə müxtəlif növ ağır silahlarla zərbələr endirib. Hazırda onun hər altı enerji bloku işləmir. Rusiyanın atəşə tutmasının dünyanın nüvə təhlükəsizliyi üçün necə bir təhlükə yaratdığını xatırlamaq vacibdir", - Ukrayna lideri özünün "Telegram" kanalında xatırladıb.

Zelenski və Qrossi həmçinin "Çernobıl" Milli Muzeyinin "Çernobıl: insanlar və mənalar" adlı yeni daimi ekspozisiyasının açılışında iştirak ediblər.

Onun sözlərinə görə, Qrossi ilə görüşdə Ukraynanın nüvə infrastrukturunun təhlükəsizliyinə tərəfdaşlar tərəfindən gələcək dəstəyin vacibliyi qeyd olunub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər