ABŞ Sakit okeanda narkotik daşıyan  daha bir gəmiyə zərbə endirib
Far.Az xəbər saytı

ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib


ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, hücum nəticəsində üç narkotacir öldürülüb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu aprelin 26-da gəmiyə zərbə endirib. Kəşfiyyat təsdiqləyib ki, o, Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qaçaqmalçılığının məlum marşrutları üzrə hərəkət edib və narkotrafik həyata keçirmək üçün istifadə olunub", - məlumatda bildirilib.

Əməliyyat zamanı ABŞ hərbçilərindən heç kimin xəsarət almadığı SOUTHCOM tərəfindən dəqiqləşdirilib.

Ötən şənbə günü Sakit okeanda narkotacirlərin gəmisinə endirilən zərbə barədə məlumat verilmişdi, o zaman iki nəfər öldürülmüşdü.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər