Mingəçevirdə rezin məmulatlarının istehsal müəssisəsinin fəaliyyəti dayandırılıb
Far.Az xəbər saytı

Mingəçevirdə rezin məmulatlarının istehsal müəssisəsinin fəaliyyəti dayandırılıb


Mingəçevir şəhərində fəaliyyət göstərən "Elastik" MMC-yə məxsus rezin məmulatların istehsalı müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib.

Həmçinin obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, obyektin ərazisi yanar mayelərdən və tullantılardan təmizlənməyib.

Bildirilib ki, yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna yaxınlaşması üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb:

"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Mingəçevir şəhərində fəaliyyət göstərən "Elastik" MMC-yə məxsus rezin məmulatların istehsalı müəssisəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib".

Mingəçevirdə rezin məmulatlarının istehsal müəssisəsinin fəaliyyəti dayandırılıb

Oxşar xəbərlər

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər