Azərbaycan və Serbiya konsulluq məsləhətləşməsi keçirib
Belqrad şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Serbiya Xarici İşlər Nazirliyi arasında sayca üçüncü konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Serbiya nümayəndə heyətinə isə Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Nataşa Raşeviç rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Serbiya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqi imkanları nəzərdən keçirilib.
Habelə iki ölkə arasında miqrasiya, ədliyyə, təhsil, əmək və sosial müdafiə sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə böhran vəziyyətlərində vətəndaşların konsulluq müdafiəsinin effektiv təmin edilməsi və əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı da fikir və təcrübə mübadiləsi aparılıb.
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur













