Pauell FES rəhbəri vəzifəsindən getdikdən sonra Rəhbərlər Şurasında qalacaq
Cerom Pauell gələn ay bankın sədri vəzifəsindən getdikdən sonra ABŞ Federal Ehtiyat Sisteminin (FES) Rəhbərlər Şurasında qalacaq.
"Report" "ABC News"a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransı zamanı bildirib.
"Mən hələ müəyyənləşdirilməli olan müddət ərzində idarəedici vəzifələrini icra etməyə davam edəcəyəm. İdarəedici postunda kölgədə qalmağı planlaşdırıram", - Pauell deyib və əlavə edib ki, FES ofisinin təmiri zamanı vəsaitlərin ehtimal olunandan çox xərclənməsi ilə bağlı istintaq davam edənə qədər FES-nin Rəhbərlər Şurasından getməyəcək.
"Mən demişdim ki, bu istintaq tam və qəti şəkildə başa çatana qədər şuranı tərk etməyəcəyəm. Siyasi amilləri nəzərə almadan pul-kredit siyasətini həyata keçirmək qabiliyyətimizi təhdid edən FES-yə qarşı bir sıra hüquqi hücumlar məni həqiqətən narahat edir", - o bildirib.
Qeyd edək ki, Pauellin FES sədri vəzifəsində səlahiyyət müddəti mayın 15-də başa çatır, lakin o, maliyyə tənzimləyicisinin Rəhbərlər Şurasında 2028-ci ilə qədər qala bilər. ABŞ Prezidenti Donald Tramp faiz dərəcəsinin çox yavaş azaldılmasına görə FES-nin hazırkı rəhbərindən əvvəllər dəfələrlə narazılığını ifadə edib.
Bu gün ABŞ Senatının Bank komitəsi Trampın əvvəllər təklif etdiyi Kevin Uorşun FES-nin yeni sədri postuna namizədliyini bəyənib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
FES rəhbəri ABŞ Ədliyyə Nazirliyinin ona qarşı cinayət ittihamları irəli sürməyə hazırlaşdığını bəyan edib
Tramp FES rəhbəri Pauelli məhkəmə iddiası qaldırmaqla hədələyib
ABŞ Senatının Bank komitəsi Uorşun Federal Ehtiyat Sistemi rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
İsrail Livanın cənubunda "Hizbullah"ın iki tunelini məhv edib
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"
-
BMT: Cənubi Sudanda 7,8 milyon insan kəskin qida problemi ilə üz-üzə qalıb













