Fitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılır
İdmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Far.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, 2024-cü il yanvarın 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğa məlumat daxil olub.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Y.İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Y.İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətlə yetirilən E.Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Y.İsmayılov isə Etibarın xalası oğludur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.İsmayılov 17 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













