Balakən kanat yolunun inşasına başlanılıb
Far.Az xəbər saytı

Balakən kanat yolunun inşasına başlanılıb


Balakən şəhərinin Heydər Əliyev parkında kanat yolunun inşası istiqamətində işlərə başlanılıb. Artıq mövcud kanat yolunun söküntüsü həyata keçirilir. İlkin mərhələdə kanat xəttinin troslarının, aşağı və yuxarı terminalların bütün texnoloji və elektrik avadanlıqları demontaj edilib. Hazırda terminal binalarının sökülməsi həyata keçirilir.

Far.Az xəbər verir ki, layihələndirməyə əsasən, Balakən kanat yolunun uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq. Kanat yolu ilə hərəkət müddəti təxminən 4 dəqiqə təşkil edəcək. 6 kabin vasitəsilə saatda 330 sərnişinin daşınması mümkün olacaq.

Xatırladaq ki, Balakən kanat yolu layihəsi Azərbaycan Respublikası Prezidentinin "Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" 8 may 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənib. Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Ətraflı:

Oxşar xəbərlər

Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər