Bugün
Dövlət Xidməti 4 ayda 3 500-ə yaxın müraciət qəbul edib Dövlət Xidməti 4 ayda 3 500-ə yaxın müraciət qəbul edib
Türkiyədə hakim partiyanın binasına hücum olub Türkiyədə hakim partiyanın binasına hücum olub
Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub” - YENİLƏNİB-2 Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub” - YENİLƏNİB-2
Saatlıdakı vergi ödəyicilərinə xidmət mərkəzi bir müddət fəaliyyət göstərməyəcək Saatlıdakı vergi ödəyicilərinə xidmət mərkəzi bir müddət fəaliyyət göstərməyəcək
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Ukrayna ordusu son sutkada Rusiyanın 29 “Shahed” PUA-sını məhv edib Ukrayna ordusu son sutkada Rusiyanın 29 “Shahed” PUA-sını məhv edib
ABŞ-da borc tavanı ətrafında vəziyyət neftin ucuzlaşmasına səbəb olub ABŞ-da borc tavanı ətrafında vəziyyət neftin ucuzlaşmasına səbəb olub
PUA-lar Moskvaya hücum edərək bir neçə binaya zərbə endirib PUA-lar Moskvaya hücum edərək bir neçə binaya zərbə endirib
Türkiyə PA: “Ərdoğana 19 ölkənin dövlət və hökumət başçısından təbrik zəngi gəlib” Türkiyə PA: “Ərdoğana 19 ölkənin dövlət və hökumət başçısından təbrik zəngi gəlib”
İsrail, Fələstin və Pakistan rəsmiləri Ərdoğanı təbrik ediblər İsrail, Fələstin və Pakistan rəsmiləri Ərdoğanı təbrik ediblər

26-05-2023, 09:57 8

Heydər Əliyev Beynəlxalq Aeroportu Türkiyə şirkəti ilə əməkdaşlığa başlayır Heydər Əliyev Beynəlxalq Aeroportu Türkiyə şirkəti ilə əməkdaşlığa başlayır Türkiyənin “TAV Technologies” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda slotların paylanması və səyahət sənədlərinin avtorizasiyası üzrə öz həllərini tətbiq

Türkiyənin “TAV Technologies” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda slotların paylanması və səyahət sənədlərinin avtorizasiyası üzrə öz həllərini tətbiq edəcək.

"Far.Az" bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

Məlumata görə, hava limanı ilə “TAV Technologies” arasında slotların paylanması və idarə edilməsi proseslərinin daha da təkmilləşdirilməsi haqqında müqavilə imzalanıb. Bundan əlavə, şirkətin TDAS məhsulunun istifadəsi nəticəsində pasport nəzarəti və digər səyahət sənədlərinin yoxlanılması tam avtomatlaşdırılacaq və rəqəmsallaşdırılacaq.

“Bu layihə bizim Azərbaycanda ilk iş təcrübəmizdir ki, bu da onu şirkətimiz üçün mühüm mərhələyə çevirir. Hesab edirəm ki, qabaqcıl sistemlərimizin tətbiqi Heydər Əliyev Beynəlxalq Aeroportunun rəqəmsallaşmasına, əməliyyat səmərəliliyinin və sərnişin məmnuniyyətinin artırılmasına töhfə verəcək.” - deyə “TAV Technologies”in baş direktoru M. Kerem Öztürk tərəfdaşlıqdan böyük məmnunluğunu ifadə edib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu ilə “TAV Technologies” arasında əməkdaşlıq sərnişinlərə göstərilən xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların istifadəsində yeni perspektivlər açır. Bu əməkdaşlıq, həmçinin hava limanının təhlükəsizliyini yaxşılaşdıracaq və sərnişinlərə səmərəli xidmət göstərəcək yeni təhlükəsizlik sistemlərinin tətbiqini təşviq edəcək”, - deyə AZAL-ın I vitse-prezidenti Samir Rzayev vurğulayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün baza hava limanıdır. Bakı aeroportu dəfələrlə regionun ən yaxşı hava limanı kimi tanınıb. Bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu beynəlxalq “Skytrax World Airport Awards” agentliyinin qiymətləndirilməsinə görə Mərkəzi Asiya/MDB ölkələrində ən yaxşı hava limanı statusunu bir daha təsdiq edib. Aeroport, həmçinin ardıcıl olaraq ikinci dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olub.

Hava limanları üçün qabaqcıl texnoloji həllərin aparıcı təchizatçısı olan “TAV Technologies” tərəfindən hazırlanmış slot koordinasiya və idarəetmə sistemi (SCMS) və səyahət sənədlərinin avtorizasiyası sistemi (TDAS) artıq mükəmməl olan aviaşirkət və hava limanı xidmətlərinə töhfə verəcək. TDAS sistemi qərar qəbul etməyi asanlaşdıran və hava limanının gələcək sərnişin axınını proqnozlaşdırmasına kömək edən hərtərəfli statistika təqdim edir.

“TAV Airports Holding”in törəmə şirkəti olan “TAV Technologies” Türkiyənin əsas hava limanı operatoru və dünyada texnologiya sahəsində aviasiya xidmətləri və həllərini inkişaf etdirən və tətbiq edən aparıcı brenddir.

Yenilikçi texnologiya tərəfdaşı və əsas sistem inteqratoru kimi “TAV Technologies” şirkəti Tədqiqat və İnkişaf Mərkəzində və İnnovasiya Mərkəzində işlənib hazırlanmış tam texnologiya idarəetməsi və inteqrasiya olunmuş “premium” sinif həllər təqdim edir.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb
Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Region

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”
İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

Region

İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib
Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Region

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər
Putin Ərdoğanı təbrik edib

Region

Putin Ərdoğanı təbrik edib

Putin Ərdoğanı təbrik edib
Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb
Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

Region

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb
Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Region

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır