Bugün
Ermənistan baş nazirinin müavini: “Dəmiryolunun bərpası 3 ilə qədər vaxt aparacaq” Ermənistan baş nazirinin müavini: “Dəmiryolunun bərpası 3 ilə qədər vaxt aparacaq”
Ukrayna Prezident Ofisi Moskvaya PUA hücumuna münasibət bildirib Ukrayna Prezident Ofisi Moskvaya PUA hücumuna münasibət bildirib
Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər” Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”
KİV: "Paşinyanın partiyasından olan deputatlar vətəndaşları Azərbaycanla sülh müqaviləsi barədə məlumatlandırırlar" KİV: "Paşinyanın partiyasından olan deputatlar vətəndaşları Azərbaycanla sülh müqaviləsi barədə məlumatlandırırlar"
Ermənistan Türkiyə ilə sərhəddə yeni körpü tikəcək Ermənistan Türkiyə ilə sərhəddə yeni körpü tikəcək
"Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq "Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq
Pərviz Şahbazov: “Britaniya Azərbaycana 34 milyard ABŞ dolları sərmayə yatırıb” Pərviz Şahbazov: “Britaniya Azərbaycana 34 milyard ABŞ dolları sərmayə yatırıb”
Dövlət Xidməti 4 ayda 3 500-ə yaxın müraciət qəbul edib Dövlət Xidməti 4 ayda 3 500-ə yaxın müraciət qəbul edib
Türkiyədə hakim partiyanın binasına hücum olub Türkiyədə hakim partiyanın binasına hücum olub
Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub” - YENİLƏNİB-2 Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub” - YENİLƏNİB-2

26-05-2023, 09:57 31

Doktorantura və dissertanturada xarici dil üzrə qəbul imtahanlarının yazı blokuna qoyulan tələblər müəyyənləşib Doktorantura və dissertanturada xarici dil üzrə qəbul imtahanlarının yazı blokuna qoyulan tələblər müəyyənləşib Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər müəyyənləşib. Far.Az"

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər müəyyənləşib.

"Far.Az" xəbər verir ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

- Esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənməli;

- Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

- Həcmi 200-250 söz olmalı;

- Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

- Publisistik üslubda olmalı;

- Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;

- Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;

- Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;

- Akademik yazı qaydalarına əməl edilməlidir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s) təsvirini vermək tələb olunur.

Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:

- Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub vizual məlumata uyğun olmalı;

- Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

- Həcmi 150-180 söz olmalı;

- Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

- Elmi-publisistik üslubda olmalı;

- Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;

- Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;

- Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;

- Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;

- Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;

- Akademik yazı qaydalarına əməl edilməlidir.

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Yazı işi DİM tərəfindən təqdim olunan diyircəkli qələm vasitəsilə yerinə yetirilməlidir.

Xarici dil üzrə həm esse, həm də vizual məlumatın təsviri üzrə yazı işini yerinə yetirmək üçün namizəd və iddiaçılara təqdim olunan A3 ölçülü vərəqin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb
Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Region

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”
İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

Region

İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib
Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Region

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər
Putin Ərdoğanı təbrik edib

Region

Putin Ərdoğanı təbrik edib

Putin Ərdoğanı təbrik edib
Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb
Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

Region

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb
Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Region

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır