Bugün
Saatlıdakı vergi ödəyicilərinə xidmət mərkəzi bir müddət fəaliyyət göstərməyəcək Saatlıdakı vergi ödəyicilərinə xidmət mərkəzi bir müddət fəaliyyət göstərməyəcək
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Ukrayna ordusu son sutkada Rusiyanın 29 “Shahed” PUA-sını məhv edib Ukrayna ordusu son sutkada Rusiyanın 29 “Shahed” PUA-sını məhv edib
ABŞ-da borc tavanı ətrafında vəziyyət neftin ucuzlaşmasına səbəb olub ABŞ-da borc tavanı ətrafında vəziyyət neftin ucuzlaşmasına səbəb olub
PUA-lar Moskvaya hücum edərək bir neçə binaya zərbə endirib PUA-lar Moskvaya hücum edərək bir neçə binaya zərbə endirib
Türkiyə PA: “Ərdoğana 19 ölkənin dövlət və hökumət başçısından təbrik zəngi gəlib” Türkiyə PA: “Ərdoğana 19 ölkənin dövlət və hökumət başçısından təbrik zəngi gəlib”
İsrail, Fələstin və Pakistan rəsmiləri Ərdoğanı təbrik ediblər İsrail, Fələstin və Pakistan rəsmiləri Ərdoğanı təbrik ediblər
Türkiyədə sel onlarla evi və bir körpünü dağıdıb Türkiyədə sel onlarla evi və bir körpünü dağıdıb
Makron Ərdoğanı təbrik edib Makron Ərdoğanı təbrik edib
Misir və Türkiyə qarşılıqlı şəkildə səfir təyin edəcəklər Misir və Türkiyə qarşılıqlı şəkildə səfir təyin edəcəklər

26-05-2023, 10:57 27

Azərbaycanın Müstəqillik Günü Berlində qeyd olunub Azərbaycanın Müstəqillik Günü Berlində qeyd olunub Azərbaycanın Almaniyadakı səfirliyi Müstəqillik Günü ilə bağlı Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil edib. Bu barədə Far.Aza səf

Azərbaycanın Almaniyadakı səfirliyi Müstəqillik Günü ilə bağlı Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil edib.

Bu barədə "Far.Az"a səfirlikdən məlumat verilib.

Tədbirdə çoxsaylı Bundestaq deputatları, Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, ümumilikdə 500-dən çox qonaq iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib. Qonaqlar sonra Müstəqillik Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış qısa filmi izləyiblər.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 105 il əvvəl Azərbaycan xalqının müsəlman dünyasında ilk cümhuriyyəti yaratdığını qeyd edib.

Cümhuriyyətin bir çox uğurlara imza atdığını söyləyən səfir qadınlara seçki hüququnun tanınmasını xüsusilə qeyd edib: "1920-ci ildə varlığına son qoyulan cümhuriyyət 1991-ci ildə müstəqilliyin yenidən elan olunması ilə bərpa olunub".

Səfir müasir Azərbaycan dövlətçiliyinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişaf yolundan bəhs edib, habelə 44 günlük Vətən Müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının dövlətçilik baxımından önəmindən danışıb.

Tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq hökuməti adından Müstəqillik Günü münasibətilə təbrik nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycan-Almaniya münasibətlərinin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib.

Almaniyada yaşayan musiqiçi həmyerlimiz Tural İsmayılovun rəhbəlik etdiyi "Caucasian Consort" qrupu tərəfindən səsləndirilən Azərbaycan və beynəlxalq caz musiqisi nümunələri qonaqların zövqünü oxşayıb.

Həmçinin, Səid və Əzizə İbrahimli tərəfindən Azərbaycan rəqsləri ifa olunub, gənclər tərəfindən milli geyimlərimiz nümayiş olunub və mətbəximizin ləziz təamları təqdim olunub.

Milli ornamentlərlə dekorasiya olunmuş səhnə böyük maraqla qarşılanıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb
Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Region

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”
İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

Region

İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

İsrail Prezidenti Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib
Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Region

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər
Putin Ərdoğanı təbrik edib

Region

Putin Ərdoğanı təbrik edib

Putin Ərdoğanı təbrik edib
Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 saxlanılıb
Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

Region

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb
Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Region

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır