ABŞ hava hücumundan müdafiə sistemlərini modernləşdirməyi planlaşdırır
Far.Az xəbər saytı

ABŞ hava hücumundan müdafiə sistemlərini modernləşdirməyi planlaşdırır


ABŞ ordusu hava hücumundan müdafiə və raket sistemlərini, eləcə də helikopterləri modernləşdirməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu Vaşinqtonda keçirilən konfransda Quru qoşunları komandanı Kristin Uormut deyib.

"Dünya getdikcə qeyri-sabit olmağa davam edir, lakin ABŞ ordusunun transformasiyası bir neçə sahədə öz bəhrəsini verir. Birincisi, biz silah sistemlərimizi dəyişirik və köhnəlmiş silahları yeniləri ilə əvəz edirik. Hərbçilərin uzaq məsafədən döyüş meydanına daha sürətli çatdırılması üçün helikopterlər də modernləşdirilir”, - o qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə ABŞ ordu üçün ən son uzaqmənzilli tiltrotorun prototiplərini yaratmağa başlayacaq.

Bununla yanaşı, Quru qoşunları komandanı “Tomahawk” və SM6 raketlərinin buraxılmasına imkan verən MRC sistemlərindən də danışıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər