Bugün
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
Tokatda 5,6 maqnitudada zəlzələ olub Tokatda 5,6 maqnitudada zəlzələ olub
SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər
Gürcüstan müxalifətinin parlamentin qarşısında quraşdırdığı səhnələr sökülür Gürcüstan müxalifətinin parlamentin qarşısında quraşdırdığı səhnələr sökülür
Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib "Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
Azərbaycanda yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb Azərbaycanda yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
Avropa İnvestisiya Bankı Ukraynaya 560 milyon avro yardım ayıracaq Avropa İnvestisiya Bankı Ukraynaya 560 milyon avro yardım ayıracaq

21-05-2022, 20:20 1 256

Ekspert: "Bayden Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan xəbərdardır" Ekspert: "Bayden Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan xəbərdardır" ABŞ Prezidenti Cozef Bayden siyasətçi və dünya çapında iqtisadi proseslərdən xəbərdar olan bir lider kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində

"ABŞ Prezidenti Cozef Bayden siyasətçi və dünya çapında iqtisadi proseslərdən xəbərdar olan bir lider kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan xəbərdardır. Azərbaycan "Cənub Qaz Dəhlizi" vasitəsi ilə Avropaya illik 11 milyard kubmetrə qədər qaz ixrac edə bilir. Müxtəlif texnoloji proseslərin tətbiqi ilə bu potensialın 20 milyard kubmetrə qədər çatdırılması imkanı vardır. Bayden mövcud potensialın da getdikcə genişləndirilməsi üçün fürsətlərin yarandığını bilir".

Bu barədə "Report"a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda təkcə vurğuladığı məsələlər deyil, eyni zamanda bu müraciətin daha erkən, Müstəqillik Günündən 1 həftə öncə göndərilməsi diqqəti cəlb edir.

“Düşünürəm ki, Bayden digər ölkələrin liderlərindən öncə təbrik məktubu ünvanlanlamaqla diqqəti Amerika Birləşmiş Ştatları və Azərbaycan arasındakı münasibətlərin daha da yaxşılaşmasına cəlb etmək istəyir. Eyni zamanda, Bayden belə bir addım atmaqla ABŞ-ın Azərbaycana olan münasibətə həm beynəlxalq, həm də ölkə ictimayyətinin diqqətini çəkmək istəyir".

Eldəniz Əmirov
Eldəniz Əmirov

Ekspert son dövrlər dünyanın aparıcı ölkələrinin Azərbaycana münasibətinin yaxşı mənada dəyişməsi barədə də danışıb:

“Biz bu müsbət dəyişikliyi ABŞ tərəfindən də sərgilənən münasibətdə də müşahidə edə bilərik. Belə ki, Azərbaycanın Rusiya ilə yaxın münasibətlərinə rəğmən, Ukraynaya bir neçə dəfə humanitar yardım göndərməsi, Rusiyanın beynəlxalq təşkilatlardan uzaqlaşdırılması və şimal qonşumuzun əlehinə olan müxtəlif səsvermələr zamanı Moskvanı dəstəkləməməsi, vaxtaşırı olaraq, müəyyən məqamlarda Rusiyadan narazı olduğu təqdirdə birbaşa, aydın şəkildə nota verməsi ölkəmizin müstəqil siyasət yeritdiyini göstərir.

Eyni zamanda, Avropaya qaz ixracının artırılması istiqamətində müəyyən danışıqlarda müsbət tövhənin əldə olunması, məhz Azərbaycanın yeritdiyi bu tam müstəqil siyasət yürütməsinin bariz nümunəsidir. Müstəqil qərarların qəbul edilməsi müxtəlif aparıcı dünya gücləri, o cümlədən də ABŞ-ın Azərbaycana olan münasibətini müsbət mənada dəyişdirir".

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib

Region

Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib

Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik

Region

Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik

Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik

Region

Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik

Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib

Tbilisidə etirazlar: ötən günə nəzərən bu gün aksiya dinc şəraitdə keçir

Region

Tbilisidə etirazlar: ötən günə nəzərən bu gün aksiya dinc şəraitdə keçir

Tbilisidə etirazlar: ötən günə nəzərən bu gün aksiya dinc şəraitdə keçir
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq

Region

Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq

Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?

Region

Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?

Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB

Biznes

Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB

Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB