Bugün
KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb
“Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB “Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb     İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb    
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

27-05-2023, 23:57 526

Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub. Far.Az xəbər v

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

"Far.Az" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Qeyd olundu ki, Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Qeyd edək ki, bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Mübaliğəsiz demək olar ki, şəhər əsl tikinti meydançasını xatırladır. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.

Hazırda bütün yeraltı kommunikasiya xətləri tamamlanmaq üzrədir. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb.

Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yoldakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm mənzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrilib.

Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Futbol

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Region

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Region

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Futbol

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Futbol

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Region

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

Futbol

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Region

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub