Allahşükür Paşazadə: Geosiyasi toqquşmalar, iqlim dəyişiklikləri bəşəriyyətin gələcəyini təhdid edir
Hazırda geosiyasi, iqtisadi, etnik, dini və irqi zəmində toqquşmalar, artan iqlim dəyişiklikləri bəşəriyyətin gələcəyini təhdid edir.
"Far.Az" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün bu problemlər başlıca olaraq ilahi düzənin pozulmasından, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasından qaynaqlanır.
QMİ sədri Azərbaycanın da hərbi cinayətlərə, insan qırğınına, soyqırımına məruz qalmış ölkə olduğunu söyləyib:
"Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik və bu gün azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, müsəlman, xristian və digər dinlərə aid məbədlərə yeni həyat verir, mədəni-mənəvi irsimizi dirçəldir, şəhərlərimizi yenidən inşa edir, regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik".
Xatırladaq ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığ ilə keçirilən XXIX Avrasiya İqtisadi Zirvəsində 48 ölkədən 400-ə yaxın nümayəndə iştirak edir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
Diplomatik xidmət orqanı əməkdaşlarının pul mükafatı ləğv olunur
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib













