Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib
Böyük Britaniya kralı III Çarlz "Vindzor Kral Atçılıq Şousu"nda Qarabağ atlarının şousunu izləyib
Bu barədə "Report"a Azərbaycan Atçılıq Federasiyasından (ARAF) məlumat verilib.
Bildirilib ki, "Vindzor Kral Atçılıq Şousu" Böyük Britaniyada hər il ənənəvi olaraq keçirilir. Azərbaycanı ilk dəfə tədbirdə Heydər Əliyev Fondunun dəstəyi və Atçılıq Federasiyasının təşkilatçılığı ilə 150 nəfərlik böyük nümayəndə heyəti təmsil edir.
Bu ilin ən möhtəşəm çıxışlarından "Azerbaijan – Land of Fire" şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqi və orkestrin çıxışları nümayiş etdirilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə Azərbaycanı növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.
Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı DSX-nın əməkdaşı əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur.
Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan "Arşın mal alan" operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunub.
Tədbirdə iştirak edən İngiltərə kralı III Çarlz Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılanıb, "Azerbaijan – Land of Fire" şou-kompozisiyasını yüksək maraqla izləyib.
Operettada əsas qəhrəman obrazları böyük ustalıq və yüksək peşəkarlıqla canlandırılıb. Gülçöhrə obrazını Əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əskər obrazını Əməkdar artist Tural Ağasiyev və solist Fəhri Kəzım Nicat, Vəli obrazını isə Rauf Zeynalov canlandırıblar.
Qeyd edək ki, nümayəndə heyətinin çıxışları may ayının 17-dək davam edəcək və "Land of Fire" polo komandasının çıxışı bu gün baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb













