Mohd Şarif: WUF13 COP29-da qəbul edilmiş təşəbbüslərin tətbiqini qiymətləndirməyə imkan verəcək
Far.Az xəbər saytı

Mohd Şarif: WUF13 COP29-da qəbul edilmiş təşəbbüslərin tətbiqini qiymətləndirməyə imkan verəcək


WUF13 COP29-da qəbul edilmiş təşəbbüslərin tətbiqini qiymətləndirməyə imkan verəcək.

Bu barədə "Far.Az"un sualına cavab olaraq BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şarif bildirib.

Ümumdünya Şəhərsalma Forumu (WUF13) 2024-cü ilin noyabrında Bakıda COP29 qlobal iqlim konfransında qəbul edilmiş təşəbbüslərin tətbiqini qiymətləndirməyə imkan verəcək.

"WUF13 COP29-un qərar və nəticələrinin şəhərlərdə nə dərəcədə həyata keçirildiyini yenidən düşünməyə, nəzərdən keçirməyə və qiymətləndirməyə imkan verəcək", - o qeyd edib.

Şarifin sözlərinə görə, forum iqlim təşəbbüslərinin təkcə Bakıda deyil, həm də qlobal səviyyədə necə tətbiq olunduğunu qiymətləndirməyə imkan verəcək.

"Bütün bunların təkcə Bakıda deyil, həm də bütün dünyada nə dərəcədə həyata keçirildiyini anlamaq vacibdir. COP29 zamanı bir çox qərarlar - iqlim maliyyəsi, dəstək mexanizmləri və sair üzrə qərarlar qəbul edilib", - o deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər