Bahar Muradova: Qadınların qərarvermədə iştirakı daha təhlükəsiz şəhərlər yaradır"
Far.Az xəbər saytı

Bahar Muradova: Qadınların qərarvermədə iştirakı daha təhlükəsiz şəhərlər yaradır"


Qadınların şəhərsalma və adekvat mənzil təminatı sahəsində iştirakının gücləndirilməsi dayanıqlı şəhərlərin gələcəyi üçün əsas şərtlərdən biri kimi qiymətləndirilib.

Far.Az xəbər verir ki, Qadınlar Assambleyasının bütün qadınlar və qızlar üçün adekvat mənzil təminatı üzrə gender transformativ strategiyaların birgə hazırlanmasına həsr olunmuş mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müasir şəhər siyasətinin effektivliyi sektorlararası koordinasiya və inteqrasiya olunmuş yanaşmalardan birbaşa asılıdır.

Onun sözlərinə görə, gender-transformativ siyasətlər şəhər idarəçiliyinin ayrılmaz tərkib hissəsinə çevrilməlidir.

Muradova vurğulayıb ki, qadınların strateji planlaşdırma və qərar qəbuletmə proseslərində bərabər iştirakı şəhərlərin daha təhlükəsiz, əlçatan və sosial ehtiyaclara həssas olmasına şərait yaradır. O, həmçinin dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Çıxışda 2026-cı il 23 aprel tarixində Bakıda keçirilmiş "Qadınların Memarlıq və Şəhərsalma Proseslərində İştirakının Təşviqi" konfransı da xatırladılıb. Bu tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən birgə təşkil olunub.

Həmçinin qeyd olunub ki, 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində iqlim dayanıqlılığı ilə sosial inklüzivliyin və şəhər inkişafının birgə nəzərdən keçirilməsinin əhəmiyyəti bir daha gündəmə gəlib. Bu kontekstdə dayanıqlı şəhər modelinin insanların, xüsusilə qadınların və həssas qrupların ehtiyaclarını nəzərə alan siyasətlər üzərində qurulmasının vacibliyi vurğulanıb:

"Dayanıqlı şəhərlərin gələcəyi insanların, xüsusilə qadınların və həssas qrupların ehtiyaclarını nəzərə alan inteqrasiya olunmuş siyasətlərdən asılıdır" -deyə Bahar Muradova bildirib.

Sonda hüquqi və institusional mexanizmlərin gücləndirilməsi, qadınların şəhərsalma və iqlim siyasətində qərar qəbuletmə proseslərinə daha geniş cəlb olunması, eləcə də təhlükəsizlik, mobillik və sosial xidmətlərə çıxışın şəhər planlamasına inteqrasiyası əsas prioritetlər kimi qeyd edilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Yurdumuza bahar gəlir!
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər