Retno Marsudi: Dünyada 2,2 milyard insanın içməli suya çıxışı yoxdur - EKSKLÜZİV
Təhlükəsiz içməli suya çıxışın təmin edilməsi dövlətlərin və beynəlxalq təşkilatların əlaqələndirilmiş fəaliyyətini tələb edir.
Bunu "Far.Az"a BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
Onun sözlərinə görə, BMT də daxil olmaqla heç bir struktur su çağırışlarının miqyası ilə təkbaşına öhdəsindən gələ bilməz:
"Bu gün dünyada təxminən 2,2 milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur. Biz dövlətlərlə birgə işləməli və əsas diqqəti praktiki icraya yönəltməliyik. Bəzən çox müzakirələr aparılır, lakin iş nadir hallarda konkret addımlara çatır".
R.Marsudi həmçinin xatırladıb ki, BƏƏ və Seneqalın birgə təşkilatçılığı ilə dekabr ayında keçiriləcək 2026-cı il BMT-nin Su Ehtiyatları Konfransına hazırlıq işləri aparılır:
"Tədbir praktiki nəticələrə və konkret öhdəliklərə yönəldiləcək. Mən ölkələri və BMT strukturlarını təşəbbüslərin praktiki icrasına və bu konfransda təqdim edilə biləcək konkret, ölçülə bilən öhdəliklərin hazırlanmasına diqqəti cəmləməyə çağırıram. Bunun böyük əhəmiyyəti var".
Xüsusi elçi su gündəliyinin digər inkişaf istiqamətlərinə inteqrasiyasının vacibliyini ayrıca diqqətə çatdırıb. Onun sözlərinə görə, əgər əvvəllər əsas diqqət "su - enerji" və ya "su - ərzaq" əlaqələrinə yönəldilirdisə, bu gün su, mənzil siyasəti və dayanıqlı şəhər inkişafının qarşılıqlı əlaqəsi getdikcə daha fəal şəkildə nəzərdən keçirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika













