Vuçiç: Prezident İlham Əliyev Serbiyanın böyük dostudur
Far.Az xəbər saytı

Vuçiç: Prezident İlham Əliyev Serbiyanın böyük dostudur


Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın böyük dostudur.

"Report" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "X" sosial şəbəkə hesabında yazıb.

"Prezident Əliyev Serbiyanın böyük dostudur", - Vuçiç vurğulayıb.

Serbiya Prezidenti azərbaycanlı həmkarı ilə görüş barədə də məlumat bölüşüb: "İki ölkənin strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi barədə danışdıq, inanıram ki, tezliklə yeni əməkdaşlıq sahələri açacağıq".

"İlham Əliyev o insanlardandır ki, ondan həmişə öyrəniləsi bir şey var. Mən onun İran və ətrafındakı vəziyyətlə bağlı təhlilini, eləcə də regiondakı və dünyadakı vəziyyətlə bağlı ümumi təhlilini diqqətlə dinlədim. Biz çox şeydə razıyıq, amma hadisələrin mərkəzində olan bir insandan xəbər alanda həmişə yeni bir şey öyrənirsən, dünyanı daha yaxşı başa düşürsən", - deyə o əlavə edib.

Prezident Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə dostluq və qardaşlıq münasibətlərinin olduğunu bildirib və əlavə edib ki, o, bütün məlumatları, bilikləri və ideyaları onunla bölüşür və bugünkü görüşdə iki ölkə arasında gələcək əməkdaşlığa dair bir çox mövzulara toxunulub.

"Biz dostuq və qardaşıq, ayda bir dəfə telefonla danışırıq və ildə üç-dörd dəfə görüşürük. Bütün məlumatlarımızı, biliklərimizi və ideyalarımızı bölüşürük. Bir-birimizi çox yaxşı başa düşürük".

Oxşar xəbərlər

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
İlham Əliyevlə Aleksandar Vuçiç arasında ikitərəfli görüşü olub
Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası keçirilib - YENİLƏNİB-2
Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər