WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində "Urban Expo" sərgisinin rəsmi açılış mərasimi baş tutub.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.
Onlar qırmızı lenti kəsərək sərginin rəsmi açılışını elan ediblər.
Qeyd edək ki, ümumi sərgi sahəsi 35 min kvadratmetrdir, bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15-i akademiya və tədqiqat qurumlarıdır, ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir, 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur.
Burada milli hökumətlər, şəhər administrasiyaları, beynəlxalq təşkilatlar, akademik dairələr, innovatorlar və özəl sektor liderləri praktik həlləri və tərəfdaşlıqları nümayiş etdirirlər.
Qalereya
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Qubada yol tamamilə çökdü
-
Ciqan valideynlikdən məhrum oluna bilər
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik













