Ağ Evin yanında atışma olub: Silahlı şəxs zərərsizləşdirilib, Tramp təhlükəsiz ərazidədir
Vaşinqtonda, Ağ Evin yaxınlığında atışma baş verib, bundan sonra ABŞ Məxfi Xidməti jurnalistləri müvəqqəti olaraq təxliyə edib və təhlükəsizlik tədbirlərini gücləndirib.
"Far.Az" xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb.
"CNN"in məlumatına görə, Məxfi Xidmət Ağ Ev kompleksinin yaxınlığında yerləşən XVII küçə ilə Pensilvaniya prospektinin kəsişməsində atışma barədə məlumatları araşdırıb. Hadisədən sonra Ağ Evdə silahlı agentlər aşkar edilib və mətbuat brifinqi otağı müvəqqəti olaraq bağlanıb.
"DC News Now" müxbiri Kris Flanaqan ABŞ Prezidenti Donald Trampın hadisə zamanı Ağ Evdə olduğunu bildirib.
Daha sonra "PBS" öz müxbiri Liz Landerə istinadən prezidentin xəsarət almadığını və sağ-salamat olduğunu yayımlayıb.
"Fox News"un məlumatına görə, Ağ Evdəki insident həll edilib və silahlı şəxs zərərsizləşdirilib. Kanal qeyd edib ki, o, prezident iqamətgahının təhlükəsiz ərazisinə daxil ola bilməyib və yalnız onun perimetrinə yaxınlaşıb.
Atışmada iki nəfərin - şübhəli silahlı və çox güman ki, ətrafda olan bir nəfərin yaralandığı bildirilir.
Federal Təhqiqat Bürosunun direktoru Keş Patel bildirib ki, FTB əməkdaşları hadisə yerinə gəlib və Məxfi Xidmətə dəstək verirlər. O əlavə edib ki, yeni xəbərlər əldə olunduqca ictimaiyyətə məlumat veriləcək.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ağ Evin yanında atışma: Silahlı şəxs zərərsizləşdirilib, Tramp təhlükəsiz ərazidədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tulsi Qabbard istefa verməzdən əvvəl MKİ ilə münaqişəyə girib
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
-
Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb
-
Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..."
-
Venesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb













