"Daily Mail": Vens 2028-ci il prezident seçkilərindən geri çəkilə bilər
Far.Az xəbər saytı

"Daily Mail": Vens 2028-ci il prezident seçkilərindən geri çəkilə bilər


ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Tulsi Qabbardın milli kəşfiyyatın direktoru vəzifəsindən istefasından sonra 2028-ci il prezident seçkilərindən çəkilməyi düşünür.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Qabbard ABŞ prezidenti Donald Trampın hərbi ambisiyalarının qarşısını almaqda Vensin azsaylı müttəfiqlərindən biri olub.

Qeyd olunub ki, vitse-prezidentin yumşaq xarici siyasəti onu Trampla qarşıdurma yoluna qoyub. Vensin təsiri azaldıqca, ABŞ dövlət katibi Marko Rubio Amerika liderinin ətrafındakı xarici siyasətdə dominant səsə çevrilib.

Qəzet Ağ Evdəki mənbəyə istinadən bildirib ki, Rubio Vensdən daha çox səlahiyyətə malikdir: "Prezident onu dinləyir. Vens ümumi mənzərəyə uyğun gəlmir və bu, uzun müddətdir belədir".

Bildirilib ki, Vensin qarşıdan gələn seçkilərdən geri çəkilməsi taktiki bir addım ola bilər və bu, ona son bir neçə ildə baş verən hər şeyə görə məsuliyyəti öz üzərinə götürməkdən yayınmağa imkan verir. Qəzet qeyd edir ki, 2032 və 2036-cı il seçkilərində qalib gəlmək üçün Vensin təxminən on il siyasi təsirini qoruyub saxlaması lazımdır.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər