Məxfi Xidmət: Atışmada Tramp və digər təhlükəsizlik işçiləri xəsarət almayıb
ABŞ prezidenti Donald Tramp və digər qorunan şəxslər Ağ Ev yaxınlığında baş verən atışmada xəsarət almayıblar.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin açıqlamasında bildirilib.
"Agentlər arasında itki olmayıb. Hadisə baş verən zaman prezident Ağ Evdə idi və bu, qorunan şəxslərə və ya aparılan əməliyyatlara təsir etməyib", - sənəddə deyilir.
Bəyanatda qeyd olunub ki, hücumçu 17-ci küçə və Şimal-Qərb Pensilvaniya prospektindən yaxınlaşıb (bu atışma yerindən Ağ Ev ərazisinə qədər olan məsafə təxminən 150 metrdir – Qeyd), silah çıxarıb və atəş açmağa başlayıb. Məxfi Xidmət agentləri cavab atəşi açaraq hücumçunu yaralayıblar.
Daha sonra o, yaxınlıqdakı xəstəxanaya aparılıb və həkimlər onun öldüyünü bildiriblər. Agentlik atışmada bir nəfərin yaralandığını bildirib, lakin onun vəziyyəti barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
"New York Post" məlumat yayıb ki, hadisəni törədən 21 yaşlı Nasire Bestdir.
Oxşar xəbərlər
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb
-
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
-
Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..."
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
Sabah 27 dərəcə isti olacaq - Bazar gününün havası













