Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Far.Az xəbər saytı

Rusiya səfiri Albaniya XİN-ə çağırılıb


Rusiyanın Albaniyadakı səfiri izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha "X" sosial media hesabında məlumat paylaşıb.

Buna səbəb isə Rusiyanın ötən gecə Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Albaniyanın Kiyevdəki səfirinin yaşadığı binanın da hədəfə alınması olub.

"Bu dəfə Albaniyanın Ukraynadakı səfirinin yaşadığı yaşayış kompleksi vurulub və onun həyatına ciddi təhlükə yaranıb. Bu, qəbuledilməzdir!" - XİN rəhbəri vurğulayıb.

F. Xoxha həmçinin bildirib ki, Rusiya Federasiyasının Albaniyadakı səfiri izahat üçün XİN-ə çağırılıb.

"Biz Rusiyaya bu hücumları dərhal dayandırmaq, Ukraynaya qarşı müharibəyə son qoymaq, beynəlxalq hüquqa tam riayət etmək və danışıqlara qayıtmaq çağırışımızı bir daha təkrar edirik", - o qeyd edib.

Qeyd edək ki, mayın 24-nə keçən gecə Rusiya Kiyevə ballistik raketlər və dronlarla zərbə endirib. Qalıqlar bir neçə rayona düşüb, dağıntılar, yaralılar və həlak olanlar var.

Hücum ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkəyə "Oreşnik" ballistik raketi ilə zərbə endirməyə hazırlaşır.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Ferit Hoxha: Aİ-nin heç bir üzvü Albaniyanın ittifaqa qoşulmasını bloklamayıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər