Rusiya ordusunun Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 50-dən çox şəxs yaralanıb
Far.Az xəbər saytı

Rusiya ordusunun Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 50-dən çox şəxs yaralanıb


Mayın 24-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu zamanı iki nəfər həlak olub, 56 nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib.

"Düşmənin paytaxta kütləvi hücumu nəticəsində həlak olanların sayı ikiyə çatıb. 56 nəfər xəsarət alıb. Həkimlər ikisi uşaq olmaqla (orta ağır vəziyyətdə), 30 yaralını xəstəxanaya yerləşdiriblər. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır", - o yazıb.

Onun sözlərinə görə, paytaxtın bir sıra rayonlarında yanğınlar qeydə alınıb. Xilasedicilər zərbələrin fəsadlarını aradan qaldırmağa davam edirlər.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Rusiyanın Kiyevə hücumu nəticəsində xəsarət alanların sayı 25-ə çatıb - YENİLƏNİB-2
Kliçko: Rusiyanın endirdiyi zərbələr nəticəsində Kiyevdə yaralananların sayı 22-yə çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər