Pakistanda qatarda baş verən partlayışda ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB
Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 50-dən çox şəxs xəsarət alıb.
"Far.Az" xəbər verir ki, "Agence France-Presse" (AFP) bu barədə yüksəkvəzifəli yerli rəsmiyə istinadən məlumat yayıb.
"Qatar Kvettadan Pakistanın şimal-qərbindəki Peşəvərə gedərkən partlayıcı ilə doldurulmuş avtomobil vaqonlardan birinə çırpılıb", - o bildirib və xəsarət alanlarla ölənlər arasında hərbçilərin və onların ailə üzvlərinin olduğunu dəqiqləşdirib.
Qeyd olunub ki, partlayış zamanı yaxınlıqdakı nəqliyyat vasitələrinə də zərər dəyib.
Ehtimal olunur ki, cinayəti Bəlucistan separatçıları törədə bilərdi.
Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub və daha bir neçə nəfər yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press of Pakistan" məlumat yayıb.
Məlumata görə, hadisə Çaman Phatak bölgəsindən keçən dəmir yolu xəttində qeydə alınıb. Bildirilir ki, sərnişinlər Qurban bayramını qeyd etmək üçün doğma yurdlarına gedirdilər.
Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, partlayış nəticəsində dəmir yolu xətti boyu park edilmiş nəqliyyat vasitələri də zədələnib.
Hadisə yerinə polislər və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..."
-
"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
-
Karakasda ABŞ səfirliyini qorumaq üçün təlimlər keçirilib













