Rubio: ABŞ və İran son 48 saatda danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib
Son iki gün ərzində ABŞ İranla danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib, bu məsələ ilə bağlı detallar gün ərzində açıqlanacaq.
"Far.Az" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə birgə mətbuat konfransında bildirib.
"İran ətrafındakı vəziyyətə gəldikdə düşünürəm ki, bu gün daha sonra bu mövzuda xəbərlər olacaq və mən prezidentə (ABŞ Prezidenti Donald Trampa - red.) bu barədə əlavə bəyanatlar vermək imkanı yaradacağam. Bunu demək kifayətdir ki, son 48 saat ərzində Fars körfəzi regionundakı tərəfdaşlarla çərçivə planının yaradılması üzərində işdə müəyyən irəliləyiş əldə etmək mümkün olub. İrəliləyiş yekun olmasa da, əhəmiyyətlidir", - o bildirib.
Dövlət katibinin fikrincə, uğurlu olacağı təqdirdə, bu plan ABŞ-yə nəinki rüsumlar alınmadan boğazların tam açılmasına nail olmağa, həm də İranın nüvə silahı yaratmaq sahəsindəki əvvəlki ambisiyalarının əsasında dayanan bir sıra əsas amilləri aradan qaldırmağa imkan verəcək.
"Beləliklə, biz hesab edirik ki, əgər işə yarayarsa, bizə məhz belə bir nəticəni təmin edəcək konsepsiyanın işlənib hazırlanmasında irəliləyişə nail ola bilmişik. Təbii ki, bunun üçün İran tərəfindən tam razılıq, daha sonra isə əldə olunmuş razılaşmalara onun tərəfindən ciddi şəkildə riayət edilməsi tələb olunacaq. Bundan əlavə, detalların razılaşdırılması üzrə gələcək işlər tələb olunacaq", - Rubio vurğulayıb.
O yenidən təkrar edib ki, Vaşinqton problemin diplomatik həllinə üstünlük verir və yaxın saatlarda "dünya yaxşı xəbərlər eşidə bilər".
Oxşar xəbərlər
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
-
Karakasda ABŞ səfirliyini qorumaq üçün təlimlər keçirilib
-
Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək













