Kiyevə raket zərbələri: Sakinlər Baku TV-yə danışdılar
Mayın 24-ü gecədən səhərə qədər Ukrayna paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb.
Paytaxtın mərkəzi və ətraf rayonları, o cümlədən Şevçenko rayonunda yerləşən "Lukyanovka" bazarının ətrafı ciddi dağıntılara uğrayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya ordusu ümumilikdə "Oreşnik" də daxil olmaqla 90 ballistik raket və 600 dron buraxıb.
Zərbələrin böyük əksəriyyəti havada zərərsizləşdirilsə də, bir qismi hədəflərə dəyib.
Nəticədə, Azərbaycanın Ukraynadakı səfirliyinin binasına da zərər dəyib.
"Zərbə dalğası o qədər güclü idi ki, bizi zirzəmidə də silkələdi. Bütün sakinlər qorxu içində idi, nə edəcəyimizi bilmirdik. Səhərə qədər sığınacaqda qaldıq", - deyə Kiyev sakini bildirib.
"Təxminən saat üçdən raketlər uçmağa başladı. Gecəni çox ağır keçirdik, bazara bir neçə raket düşdü. Hər şey bir anda baş verdi, qorxulu idi", - başqa bir sakin Baku TV-yə deyib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Karakasda ABŞ səfirliyini qorumaq üçün təlimlər keçirilib
-
"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
-
Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək













