İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi başlayacaq
İyunun 8-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayacaq.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, müsahibənin 08-09 iyunda keçiriləcək birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 10-19 iyun tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.
Qeyd edək ki, 26 yanvar - 25 fevral 2026-cı il tarixlərində sənəd qəbulu aparılan 62 vakant vəzifəyə (18 imam, 31 imam müavini, 9 dini ayinlərin icraçısı-müəzzin, 4 qadın dini ayinlərin icraçısı) 64-ü qadın olmaqla, 230 nəfərin müraciəti qeydiyyata alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun (Məhəmməd Naxçıvani küçəsi 29) binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.
Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) yerləşdiriləcək. Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.
Oxşar xəbərlər
Müəzzin, usta, xilasedici, həkim, reklam meneceri işləyən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
-
Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub













