Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.
*** 14:16
Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.
Qalereya
*** 13:05
Azərbaycanın Təbrizdəki baş konsulu Ramil İmranovun cənazəsi ölkəmizə gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi Göyçay rayonunda dəfn olunacaq.
Qeyd edək ki, R.İmanov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İranda faciəli şəkildə həlak olan baş konsulla Göyçayda vida mərasimi keçirildi
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb













