Vyanada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri qeyd edilib
Far.Az xəbər saytı

Vyanada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri qeyd edilib


Avstriyada Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü və yaxınlaşan Silahlı Qüvvələr Günü münasibətilə təntənəli tədbir keçirilib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Məlumata görə, tədbir "Palais Niederösterreich" (Aşağı Avstriya Sarayı) sarayında diplomatik korpusun nümayəndələrinin, rəsmi şəxslərin və Azərbaycan diasporunun iştirakı ilə keçirilib.

Səfir Avstriyanın Federal Avropa və Beynəlxalq İşlər Nazirliyinin baş direktoru Hanna Likoya və nazirliyin protokol xidmətinin rəhbəri Maksimilian Henniqə tədbirdə iştirak etdiklərinə və çıxış etdiklərinə görə minnətdarlığını bildirib.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Zəfər Gününün 5-ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər